Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın yardımı ilə Afrikada 3276 nəfər katarakt əməliyyatı edilib - FOTO

Azərbaycanın yardımı ilə Afrikada 3276 nəfər katarakt əməliyyatı edilib - FOTO

Tarix: 5 Fevral 2020 20:06

Azərbaycan Respublikasının İnkişafa Yardım Agentliyi (AİDA) İslam İnkişaf Bankı (İİB) ilə tərəfdaşlıq çərçivəsində 2019-cu il ərzində Çadın Ndcamena, Melfi və Adre bölgələrində, həmçinin Nigerin Magariya, Mayaçi, Mayne-Soroa və Diffa bölgələrində növbəti "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" (AFAB) kampaniyasını keçirib.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Çadın və Nigerin milli görmə qabiliyyətinə nəzarət proqramlarının, habelə Tunisin Nadi AlBassar və Texniki Əməkdaşlıq Agentliyinin iştirakı ilə təşkil edilmiş bu kampaniya nəticəsində 22800 insan oftalmoloji müayinədən keçib, görmə qabiliyyətini tam və ya qismən itirmiş 3276 nəfər isə katarakt əməliyyatı nəticəsində görmə qabiliyyətini bərpa edib.

Qeyd edək ki, AİDA İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra Afrika ölkələrində həyata keçirilən "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyasına 2012-ci ildən qoşulmuş və hazırda İslam İnkişaf Bankının bu proqram üzrə strateji tərəfdaşıdır.

Proqramın 2009-2016-cı illəri əhatə edən birinci mərhələsində 11 Afrika ölkəsində ümumilikdə ödənişsiz olaraq 300 mindən artıq insan müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində görmə qabiliyyətini bərpa edib, 177 yerli həkimin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər təşkil olunub. Keçirilmiş göz əməliyyatlarında Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin həkimləri də iştirak ediblər.

2018-ci ildən etibarən kampaniyanın növbəti 5 ildə keçiriləcək ikinci mərhələsi başlamışdır. Bu çərçivədə 12 Afrika ölkəsində 100 min insanın əməliyyat olunması, 1 milyondan çox məktəblinin göz müayinəsi və optik eynəklərlə təmin edilməsi, 90 yerli həkimin peşəkarlıq səviyyəsinin artırılması nəzərdə tutulub.


Etiketlər:  Azərbaycanın yardımı ilə Afrikada 3276 nəfər katarakt əməliyyatı edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ