Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin koronovirusla dronlar vasitəsi ilə mübarizə aparacaq

Çin koronovirusla dronlar vasitəsi ilə mübarizə aparacaq

Tarix: 5 Fevral 2020 21:48

Məlumat verdiyimiz kimi, Çində koronovirusla bağlı bir çox şəhər və ərazilər karantinə alınıb. Ölkədə vətəndaşları virusdan qorumaq üçün ciddi tədbirlər görülür.

Milli.Az ted.az-a istinadən bildirir ki, Çində dronlar da bu fəaliyyətə cəlb edilib. Belə ki, dronlar karantinə alınan ərazilərdə maska taxmayan vətəndaşları izləyəcək və məsul qurumları xəbərdar edəcək.

Qeyd edilir ki, dronlara maskasız yaxalanan şəxslərə bir daha xəbərdarlıq ediləcək. Bunu nəzərə almayan vətəndaşlara qarşı sərt tədbirlər görüləcək.

Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsindəki Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verilib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib.

Milli.Az


Etiketlər:  Çin koronovirusla dronlar vasitəsi ilə mübarizə aparacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ