Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 22:48
"Moskva"nın ermənilərə məxsus olan "Ararat" klubu Rusiya Peşəkar Futbol Liqasının iştirakçıları sırasından çıxarılıb.
Qol.az xəbər verir ki, sözgedən qərarı Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi qəbul edib. Buna səbəb olaraq isə RFS-in II Divizion klublarının lisenziyalaşdırılması üzrə komissiyanın "Ararat"ın lisenziyasını geri çağırması göstərilib.
Hazırda "Ararat" PFL-in Mərkəz zonasında turnir cədvəlində 8-ci yeri tutur. Rusiyanın səviyyəcə üçüncü divizionunda erməni komandası 23 xal toplayıb.