Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 23:27
Məryəm ana otu orqanizm üçün olduqca faydalı bikidir.Bu bitkinin mövcudluğu Məhəmməd peyğəmbərin (s.a.v) dövrünə dayanır.Peyğəmbərin qızı həzrəti Fatimə bu bitkidən şəfalı dərman kimi istifadə edib.Ona görə bu bitkiyə fatma ana əli otu da deyilir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, quru kök şəklində olan bitki sadəcə yağış zamanı yarpaq açmaq özəlliyinə sahibdir. Yağış yağan zaman yarpaqlarından gövdəsinə su toplayır və daha sonra yenidən quru hala çevrilir.
Faydaları
- Özəlliklə hamilə qalmaqda problem yaşayan qadınlar üçün əvəzsizdir. Lakin həkimə məsləhət etmədən istifadə etmək olmaz.
-Qadınlardan əlavə kişilər üçün də faydalıdır. İstifadə edildiyi zaman kişi spermasını artırır və daha keyfiyyətli olmasına yardımçı olur.
-Sidik qaçırma zamanı istifadə olunur.
-Doğumdan öncə istifadə edilən bu bitrki doğumu asanlaşdırır. Bu bitki qadınlarda uşaqlıq ağzının genişlənməsini təmin edir və doğum rahat keçir.
- Üzdəki yaralara üçün faydalıdır. Bitkinin tərkibində yüksək antioksidan var. Bu da bir çox dəri xəstəliyi zamanı xeyli müsbət təsir edir, keçməyən yara izlərinə də yaxşı təsir edir.
Lakin qeyd etmək lazımdır ki, bu bitki dərman deyil. Onu dozasından yüksək içmək olmaz.
Hazırlanması:
Şüşə su qabı yaxudda bankanın içinə bir qədər su alınır və 1 ədəd məryəm ana otu qoyulur. Bitki bir gecə suda saxlanılır. Suyun içindəki bitki ona tünd bir rəng verəcək. Bu rəngə gəldikdə su hazır olur. Lakin hər dəfə istifadə üçün yenisini hazırlamaq lazımdır.
Bu bitki daha çox Ərəbistan orpaqlarında yetişir. Bundan əlavə Misirdə və digər ona yaxın coğrafiyada da yetişir.