Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yerevan heyvanxanasında küçə itləri kenquruları yedilər

Yerevan heyvanxanasında küçə itləri kenquruları yedilər

Tarix: 6 Fevral 2020 09:12

Axır zamanlar Yerevan heyvanxanasının sakinləri sürətlə ölməyə başlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, çərşənbə günü heyvanxanada yaşayan dəvələrdən biri ölüb.

Ölən dəvədə vərəm izləri aşkar edilib.

Bu səbəbdən heyvanxana bağlanacaq.

Ölmüş dəvə ilə bir qəfəsdə başqa dəvə və Türkmənistan qulanı yaşayırdı.

Heyvanxananın direktorunun müavini Valya Marqaryanın sözlərinə görə, onlar ciddi nəzarət altındadırlar.

Qeyd etmək lazımdır ki, 2018-ci ildən heyvanxana qalmaqalların mərkəzindədir.

Həmin il gözlənilmədən heyvanxanadakı zebra,  ayı, timsah, bezoar keçisi və pələng ölmüşdü.

2019-cu ilin aprelin 29-da Binqo adlı digər pələngin cansız leşi aşkar edilmişdi.

Ötən ilin oktyabrın 31 və dekabrın 1 ac küçə itləri heyvanxanada yaşayan üç kenqurunu və üç muflonu yemişdilər.


Etiketlər:  Yerevan heyvanxanasında küçə itləri kenquruları yedilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ