Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk Şurasının Fəxri prezidenti statusu ilə bağlı Əsasnamə qəbul ediləcək

Türk Şurasının Fəxri prezidenti statusu ilə bağlı Əsasnamə qəbul ediləcək

Tarix: 6 Fevral 2020 13:33

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilmişdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Fəxri prezidentlə bağlı Əsasnamənin təsdiq edilməsi qərarına gəldik.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi bildirib.

Muxtar Tleuberdi deyib ki, iclasda üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdik: "Eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrlə bağlı məsələni müzakirə etdik".


Etiketlər:  Türk Şurasının Fəxri prezidenti statusu ilə bağlı Əsasnamə qəbul ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ