Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı aeroportunda Koreya vətəndaşından külli miqdarda telefon götürülüb

Bakı aeroportunda Koreya vətəndaşından külli miqdarda telefon götürülüb

Tarix: 6 Fevral 2020 19:16

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Koreya vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.

Baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Bu zaman ona məxsus çamadanda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 15 ədəd "İphone", 1 ədəd "Huawei", 49 ədəd "Samsung" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakı aeroportunda Koreya vətəndaşından külli miqdarda telefon götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ