Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 20:05
Əməkdar artist Hicran Nəsirova müğənni Roza Zərgərlinin aparıcılıq etdiyi "Bakı vaxtı ilə" verilişinin qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa həyatından bəhs edib. O bildirib ki, illər əvvəl xərçəng xəstəliyindən əziyyət çəkib:
"Qonşumuz onkoloji xəstə idi, anam ona iynə vururdu. Düşünürdüm ki, həkim olacam, xərçəng xəstəliyi ilə mübarizə aparacam. Apardım da... Amma həkim kimi yox... Özüm xərçəng xəstəsi oldum. Moskvada 6 ay xəstəxanada yatdım. Pis vəziyyətlərə düşdüm, mübarizə aparırdım ki, sağalacam, övladlarıma lazımam.
Yoldaşım evimizi satdığa qoymuşdu. Ulu öndər Heydər Əliyev məni iki tamaşada görmüşdü. Bilmişdi ki, mən xəstəyəm. Yoldaşım Moskavaya gəldi pulları ödəsin. Ona zəng gəldi ki, Heydər Əliyevin tapşırığı ilə bütün xərclər ödəniləcək".
H.Hüseynova atasını itirdiyi illəri xatırlayıb. "Atam dünyasını dəyişəndə elə pis vəziyyətə qaldım ki... Ürəyim gedib, meyidin yanında uzanıb qalmışam. Neçə ay başımdan qara yaylığı açmadım. Tamaşada da oynaya bilmirdim, gözümdən yaş axırdı" deyə, aktrisa söyləyib.
Aktrisa "Xoşbəxtsiniz" sualına belə cavab verib:
"Qadın tək olmamalıdır. Qadının arxası olmalıdır. Həyat yoldaşımı itirmişəm. Bu baxımdan xoşbəxt deyiləm. Amma övladlarım, nəvələrim var. Onlarla xoşbəxtəm".