Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 21:28
Latviyada əməliyyat olunan qadından 15 kiloqram şiş çıxarılıb.
Sonxeber.net xəbər verir ki, Latviyada onkologiya mərkəzində liposarkom (yağ toxumalarında xərçəng) əməliyyatı olan qadının bədənindən 15 kiloqram ağırlığında şiş çıxarılıb. Xərçəng xəstəsi olan qadın həkimlərdən tibbi yardım istəməyərək özü-özünü təbii üsulla müalicə etməyə başlayıb. Sadəcə bitki çayı ilə sağalmağa çalışan qadın əməliyyat olmağa qərar verib. Əməliyyat zamanı qadının bədənindən 15 kiloqramlıq xərçəng şişi çıxaran həkimlər heyrətə düşüb. (ölkə.az)