Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 09:48
Şotlandiya Maliyyə Nazirliyinin rəhbəri Derek Makkey sosial şəbəkələrdə 16 yaşlı məktəbli ilə yazışmaları dərc edildikdən sonra istefa verib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 42 yaşlı rəhbər yarım il ərzində yazışdığı reqbi oyunçusuna ümumilikdə 270 ismarış göndərib.
Derek yazışmalarda məktəblini reqbi matçlarına, parlament tədbirlərinə və şam yeməyinə dəvət edib, həmçinin oğlanı "şirin" adlandırıb.
Nazir onun 16 yaşlı yeniyetmə olduğunu bildiyi halda məktəbli ilə ünsiyyət qurmağa davam edib və Şotlandiya müstəqilliyinin tərəfdarı olub-olmaması ilə maraqlanıb.
Yazışmalar sosial şəbəkələrdə yayıldıqdan sonra nazir oğlandan və ailəsindən üzr istəyib.
Şotlandiyanın Baş Naziri Nikola Sterces Makkeyin istefasını qəbul edib və bəyan edib ki, onun davranışı tələb olunan standartlara uyğun deyil.
Qeyd edək ki, Derek 12 və 15 yaşlı iki oğul atasıdır.