Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 13:10
“Real”ın hücumçusu Qaret Beyl komandasının oyununu yenə sonadək izləməyib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uelsli futbolçu ölkə kubokunun 1/4 finalında “Real Sosyedad”a qarşı matçın 82-ci dəqiqəsində tribunanı tərk edib. Klubun qaydalarına əsasən matça stadiondan baxan oyunçulara 80-ci dəqiqəyədək arenanı tərk etmək qadağa olunub.
Qeyd olunur ki, Beyl bu mövsüm azı 3 dəfə final fiti səslənmədən stadionu tərk edib.