Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 13:32
Rusiyanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək beş namizədin adı açıqlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onlar əslən Qazaxıstandan olan Dimash Kudaibergen, "Life" mahnısı ilə ulduzu parıldayan Zivert, "Little Big" qrupu, Aleksandr Panayotov və Polina Gagarinadır.
Kimin Niderlandda təşkil olunan beynəlxalq yarışmada iştirakı isə rəsmi olaraq fevralın ikinci yarısında açıqlanacaq.
Xatırladaq ki, namizədlər arasında olan Polina Gagarina Rusiya adından 2015-ci ildə yarışmış və 303 xalla ikinci olmuşdu.