Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 19:56
Rusiyanın Rostov vilayətində qızları zorlamaqda və öldürməkdə ittiham olunan erməni əsilli manyak David Sarabaşyan barəsində istintaq tamamlanıb. Cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, istintaqın məlumatına görə, 2018-ci ilin oktyabr ayında D.Sarabaşyan gödəkçəsini 25 yaşlı bir qızın boğazına dolayaraq, huşu gedənə qədər sıxıb, sonra isə onu zorlayıb. Təcavüzdən sonra o qızı boğaraq qətlə yetirib.
Polis D.Sarabaşyanı tapdıqdan sonra onun buna bənzər bir çox cinayətləri də həyata keçirdiyi ortaya çıxıb.
Məlum olub ki, D.Sarabaşyan iki cinayəti 2000-ci ilin oktyabr və aprel aylarında törədib. Həmin vaxt o, Rostov-na-Donu şəhərində hərbi hissədə xidmətdə olub. D.Sarabaşyan özbaşına xidmət yerini tərk edib və 27-32 yaşlarında iki qadına təcavüz edib. D.Sarabaşyan qadınların boğazına kəmərini keçirərək heç kimin olmadığı yerə aparıb, onlara təcavüz edib, sonra isə boğaraq öldürüb.
2001-ci ilin noyabr ayında və 2003-cü ilin iyul ayında Leninavan xutoru ərazisində təqsirləndirilən şəxs eyni üsulla 16 yaşlı qızı və 41 yaşlı qadını da zorlayıb, sonra isə onları öldürüb.
2015-ci ilin mart ayında isə D.Sarabaşyan Rostov-na-Donuda 29 yaşlı qadına hücum edib. Ancaq ona təcavüz edə bilməyib, qız müqavimət göstərərək ondan qaça bilib.
Ekspertiza müəyyən edib ki, təqsirləndirilən şəxs hər hansı bir ruhi xəstəlikdən əziyyət çəkmir.