Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 23:14
Çin və İtaliya arasındakı diplomatik əlaqələrin yarım əsrlik tarixi İtaliyada 2020-ci ildə turizm və mədəniyyət ilinin qeyd edilməsi ilə qeyd olunacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Çində yaranan və sürətlə yayılan koronavirus epidemiyası bununla bağlı nəzərdə tutulan tədbirlərin bir çoxunun təxirə salınmasına səbəb olub.
Bir neçə ay əvvəl İtaliyanın əsas hava limanlarından biri olan Romadakı "Fiumicino"dan Çinə yeni marşrutların açılmasına baxmayaraq, hazırda bütün uçuşlar dayandırılıb. Uçuşların nə vaxt bərpa olacağı isə hələ ki, məlum deyil.
İtaliya ildə orta hesabla 50 milyon turist qəbul edir və bunların da böyük hissəsi məhz Çindən gəlir. Ölkə Çin turistləri üçün Fransa, Almaniya və İspaniyadan daha populyar istiqamətdir. Birbaşa reyslərin dayandırılması isə bu baxımdan İtaliya iqtisadiyyatına böyük zərbə vurur. Mütəxəssislərin proqnozlarına görə, turizm sektoruna dəyən zərər 4,5 milyard avroya çatacaq. Bu məbləğə çinli turistlərin İtaliyanın bahalı brend mağazalarından etdikləri alış-veriş də daxildir ki, bu brendlərin əsas alıcıları da sözügedən və ərəb ölkələrindən gələn turistlərdir.