Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 12:08
Gürcüstanda Dövlət Təhlükəsizlik Xidməti futbol oyunlarının nəticəsinin manipulyasiyası şübhəsi ilə 11 futbolçunu həbs edib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, onlardan 3-ü karyerasını başa vurub.
İstintaq mütəşəkkil cinayətkar qrup üzvlərinin futbol klubları və oyunçularla əlaqə qurduğunu, müəyyən miqdar qarşılığında matçların nəticələrinin əvvəlcədən razılaşdırdıqlarını təsbit edib. Təhlükəsizlik xidmətinin məlumatına əsasən, "satılan oyunlar" üçün qrup üzvləri 93.5 min lari (təxminən 34 min dollar) alıb.
Qeyd edək ki, tutulan şəxslərə 4 ildən 7 ilə qədər həbs cəzası verilə bilər.