Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 11:24
Türkiyənin Ankara şəhərində yeniyetmə atasını öldürüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Altındağ rayonunda 15 yaşlı M.Ü. atasına atəş açıb.
Belə ki, onun atası 40 yaşlı Hakan Ü. sərxoş vəziyyətdə evə gələrək arvadı S. Ü. ilə mübahisə edib.
Mübahisə böyüyəndə Hakan Ü. arvadını döyərək silahla hədələyib.
Bu zaman onları ayırmaq istəyən oğulları M.Ü. silahı zorla atasının əlindən almaq istəyib. Atəş açılıb və atasının başına güllə dəyib.
Hadisə yerinə gələn tibb işçiləri Hakan Ü.-nün öldüyünü bildiriblər.
M. Ü. isə nəzarətə götürülüb, araşdırma davam edir.