Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''da Messini əvəz edə biləcək futbolçu Neymardır'' - Rivaldo

''Barselona''da Messini əvəz edə biləcək futbolçu Neymardır'' - Rivaldo

Tarix: 8 Fevral 2020 11:48

"Barselona" "Atletiko" ilə görüşdə (0:1) olduğu kimi Messinin iştirak etmədiyi matçlarda oyunun gedişatına qərar verə bilən bir futbolçu tapmalıdır. Klub Messiyə kömək edəcək, onu əvəz edə biləcək birini axtarmalıdır və fikrimcə, bu, Neymardır".

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın sabiq futbolçusu Rivaldo komanda haqda danışarkən deyib.

O, hazırda PSJ-də çıxış edən Neymarın Kataloniya təmsilçisinə qayıtmalı olduğunu vurğulayıb: "Barselona" bəlkə də bu yay onun transfer edə bilər. Klub Neymarın bir neçə il əvvəl komandadan ayrılmasında günahkar deyil. O vaxtdan bir müddət keçib və Neymarın geri qayıtmasının,  karyerasının ən yaxşı illərini "Nou Kamp"da keçirməsinin zamanı gəldi".

Qeyd edək ki, braziliyalı hücumçu 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya təmsilçisindən Paris klubuna transfer olunub.

 


Etiketlər:  Barselonada Messini əvəz edə biləcək futbolçu Neymardır Rivaldo


RƏYLƏR