Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 16:32
ABŞ-ın Luiziana ştatında Leyk-Çarlz şəhərində kazinoya getdikdən sonra 200 nəfər norovirusa yoluxub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hazırda virusa yoluxan şəxslər müalicə olunur.
Onların vəziyyətinin stabil olduğu deyilir. Virusun necə yayıldığı barədə araşdırma başlayıb.
Qeyd edək ki, norovirus kəskin bağırsaq infeksiyasına səbəb olan virus növüdür.