Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 23:33
Saçlar çox zaman genetik olaraq ağarmaya kodlansa da, normal sağlam insanda ilk ağ saçlar 35 yaşa doğru irəlilədikdə görünür və 45 yaşda daha da artır.
Əgər ağarma vaxtından çox erkən və gənc yaşlarda başlayıbsa, bu zaman həkim trixoloqa yaxınlaşıb müayinə olunmaq lazımdır. Çünki erkən ağarma bu xəstəliklərdən qaynaqlana bilər.
Sonxeber.net medicina.az-a istinadən həmin səbəbləri təqdim edir:
- Böyrəklərin işində pozulma
- Mədə-bağırsaq, həzm problemləri
- Hormonal disbalans
- Qan damar təchizatının pisləşməsi
- Maddələr mübadiləsi pozulması
- Setoronin və melanin çatışmazlığı
- Dəri xəstəlikləri
- Autoimmun xəstəliklər
- Psixoloji səbəblər: qorxu, nevroz, stress, depressiya
- Dieta, acqalma
- Vitamin mineral defisiti
- Yuxusuzluq
- Zərərli vərdişlər: içki, qida, siqaret