Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 10:45
Cənub bölgəsinin seçiciləri fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 77 saylı Astara seçki dairəsinin ərazisində yerləşən 1 və 2 nömrəli şəhər seçki məntəqələrindəki vəziyyət buna bir daha sübutdur.
Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanmış məntəqə seçki komissiyasının üzvü qarşılayaraq seçicilərin sol baş barmağını ultra-bənövşəyi rəngli fanarla yoxladıqdan sonra onları içəri buraxırdı.
Səsvermənin gedişini ATƏT-in nümayəndələri də müşahidə edirlər.