Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 14:04
Həftənin ilk iş gününə olan hava proqnozu açıqlandı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Sonxeber.net-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1-3° isti olacaq. Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq. Yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında sabah arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.