Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 14:12
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri 81 sayı Beyləqan seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçkiləri müşahidə ediblər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, ATƏT DTİHB müşahidəçisi Halogh Nora bildirib ki, neqativ halın qeydə alınmadığını bildirib: "Hər şey yaxşıdır, neqativ hal qeydə alınmayıb. Hər şey qaydasındadır".
ATƏT DTİHB-in digər müşahidəçisi Pavel Kuznatsov da seçicilərin aktivliyinin normal olduğunu deyib.
Qeyd edək ki, 81 saylı Beyləqan DSK-nın əhatə etdiyi 39 seçki məntəqəsində 37 min 137 seçicinin səs verməsi nəzərdə tutulur. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Səsvermənin gedişini 541 müşahidəçi izləyir. Dairə üzrə 10 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparır.