Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 15:20
Liviyanın hərbi qiyam nəticəsində 2011-ci ildə devrilərək öldürülən keçmiş lideri Müəmmər Qəzzafi ilə bağlı daha bir diqqət çəkən məlumat yayılıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə danışan Liviya Milli Keçid Şurasının keçmiş rəhbəri Mustafa Əbdülcəlil Qəzzafinin Qurban bayramının vaxtını dəyişdirməsinin xalqın küçələrə axışmasında ən əhəmiyyətli hadisə olduğunu bildirib.
"2011-ci ildə etiraz aksiyalarının şiddətli xarakter almasına əsas səbəb Qəzzafinin Qurban bayramının hacıların Ərəfatda olduğu gündən fərqli bir gündə qeyd edilməsi barədə əmr verməsi oldu. Gənclər ləyaqətli həyat üçün nümayiş təşkil etdilər. Qəzzafi onları "siçovullar "adlandırdı və hər yerdə izlənmələrini istədi", - Əbdülcəlil vurğulayıb.