Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Liliya Qumerova: ''Yeni formalaşacaq parlament öz işini müəyyən sabitlik əsasında quracaq''

Liliya Qumerova: ''Yeni formalaşacaq parlament öz işini müəyyən sabitlik əsasında quracaq''

Tarix: 10 Fevral 2020 13:30

Bütün məntəqələrdə açıqlıq, demokratik təşkilatçılıq və qanuna ciddi əməl etmə müşahidə olunub.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Rusiya Federasiya Şurasından olan nümayəndə heyətinin rəhbəri Liliya Qumerova deyib.

O bildirib ki, seçki günün 3 seçki dairəsində 11 məntəqədə müşahidə aparıblar:

"Hər yerdə dəqiq və nizamlı iş müşahidə olunurdu. Biz məntəqə seçki komissiya sədrlərinin yüksək peşəkarlığını qeyd etdik".

Onun sözlərinə görə, ölkənin digər regionlarında da seçki prosesi fəallığına görə paytaxtdan geri qalmırdı:

"Müxtəlif ölkə və təşkilatlardan çoxlu sayda müşahidəçini qeyd etmək lazımdır. Seçkilərdə 58 ölkə və 59 beynəlxalq təşkilatdan müşahidəçi iştirak edib, onların ümumi sayı 8 mindən çox olub".

L.Qumerova bildirib ki, seçkidə fəallıq 47 faizdən çox olub:

"Adətən, paytaxtdan kənarda fəallıq daha çox müşahidə olunurdu. Amma vaxt keçdikcə səs verənlərin sayı artırdı. Yeni formalaşacaq parlament öz işini müəyyən sabitlik əsasında quracaq, bununla yanaşı, gənc parlamentarilər də cəlb olunacaq".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.


Etiketlər:  Liliya Qumerova Yeni formalaşacaq parlament işini müəyyən sabitlik əsasında quracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ