Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 14:09
Azərbaycanda parlament seçkiləri ən yüksək səviyyədə keçdi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Monteneqro parlamentinin deputatı Predraq Sekuliç mətbuat konfransında deyib.
O bildirib ki, dünən vətəndaşların demokratik hüquqları və Azərbaycanın demokratik gələcəyi baxımından əlamətdar gün olub:
"Seçkilərin qalibinin kimin olacağını bilmirəm, amma əminəm ki, bu, xalqın həqiqi seçimi olacaq".
P.Sekuliç əlavə edib ki, seçki müddətində Bakıda və digər regionlarda 17 seçki məntəqəsində olub.