Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransalı müşahidəçi: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə, beynəlxalq standartlara uyğun keçirildi

Fransalı müşahidəçi: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə, beynəlxalq standartlara uyğun keçirildi

Tarix: 10 Fevral 2020 16:48

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə, beynəlxalq standartlara uyğun keçirildi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu fransalı müşahidəçi Valenten Esküde mətbuat konfransında deyib.

O bildirib ki, Sumqayıt seçki dairəsinin bir neçə məntəqəsində olub:

"Seçkilərin beynəxalq standartlara uyğun keçirilməsi üçün bütün şərait yaradılmışdı. Seçkilərin bu səviyyədə keçirilməsi Azərbaycan qanunvericilyinin səmərəliliyinin nəticəsidir".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.


Etiketlər:  Fransalı müşahidəçi Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə beynəlxalq standartlara uyğun keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ