Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 20:14
Bakının Nizami rayonunun 251 nömrəli tam orta məktəbində texniki işçinin (qapıçı) valideyn tərəfindən döyülməsi məsələsinə aydınlıq gətirilib.
Sonxeber.net xəbər verir ki, məktəbdən Trend-ə verilən məlumata görə, 10.02.2020-ci il tarixdə saat 13:00-da valideyn və texniki işçi arasında anlaşılmazlıq yaranmışdır:
"Uşaqların dərsdən çıxan vaxtı valideyn məktəbin giriş qapısında şagirdlərin hərəkətinə mane yaratdığına görə texniki işçi ona iradını bildirib. Valideyn isə israr edərək məktəbə daxil olmaq istədiyini söyləyib. Son nəticədə həmin valideyn texniki işçinin saçından tutaraq ona qarşı fiziki zorakılıq edib. Qapıçı xanım da bununla bağlı polisə müraciət edib".