Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 22:48
Feysbuk sosial şəbəkəsi üz tanıma texnologiyasını istifadəyə verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Feybuk istifadəçilərə üz tanıma texnologiyasının istifadəsi barədə sorğu göndərib.
Sözügedən sorğu texnologiyanın istifadə qaydasını ehtiva edərək istifadəçilərin yeni texnologiyanı qoşmaq istəyib, istəmədiyiklərini öyrənmək xarakterini daşıyır.
"Üz tanıma texnologiyası fotoşəklinizi və ya videonunuzu təhlil etməyə, görünüşünüzün təkrarsız rəqəmli kodunu ("şablon") hesablamağa imkan verir. Üz tanıma funksiyasını aktivləşdirsəniz, biz sizin üçün yeni şablonu yaradacağıq. Şablonunuzu heç kimə təqdim etmirik. Hesabınız aktiv olduqda onu saxlayacağıq. Üz tanıma rejimini söndürsəniz şablonu siləcəyik. Beləliklə kənar insanlar sizinlə şəkil paylaşdıqda və yaxud şəklinizdən özünkü imiş kimi istifadə etdikdə sistem üz cizgilərinizi tanıyacaq və sizə bu barədə məlumat göndərəcək", - deyə sorğuda qeyd olunub.