Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 11:18
Hər il Azərbaycana gələn turistlər içərisində "Formula 1"ə gələnlən insanlar böyük yer tutur.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Gənclər və İdman naziriAzad Rəhimov Bakıda "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda deyib.
Nazir qeyd edib ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisinin bir çox faydaları, o cümldən kadr potensialı, infrastruktur və turizm potensialı baxımından böyük əhəmiyyəti var.
A.Rəhimov son illərdə Azərbaycan çoxlu sayda beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Onun sözlərinə görə, təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən 60 beynəlxalq yarış keçirilib. Nazir əlavə edib ki, Azərbaycan bu il bir sıra beynəlxalq idman yarışlarına ev sahiblisi edəcək.