Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Arsenal"ın Bakıda çoxlu azarkeşinin olduğunu bilirəm" - Emeri

Tarix: 21 May 2019 18:32

"Azarkeşlərimiz bizimlə stadiona gəlmək istəyirlər. Bu anı gözləyirik".

Qol.az "Football.london"a istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri  mətbuat konfransında deyib. 

İspaniyalı mütəxəssis Bakıda keçiriləcək Avroliqanın finalında yetərincə azarkeş dəstəyi alacaqlarına ümid etdiyini bildirib: "Arsenal"lın çox azarkeşi var. Klubun Bakıda çoxlu fanatları olduğunu da bilirəm. Yəqin ki,  onlar da stadionda olacaqlar. Amma Londondakı fanatlarımızın da bizimlə olmasını istəyirik".

İspaniyalı məşqçi erməni futbolçusu Henrix Mxitaryanın Bakıdaya gətirilməməsi ilə bağlı da danışıb: "Bu, onun şəxsi qərarıdır. O, Ailəsi ilə də danışdı. Mən Bask bölgəsindənəm. Bizim də böyük siyasi problemlərimiz var. Onun qərarını başa düşünürəm".

Xatırladaq ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında “Çelsi” ilə qarşılaşacaq.

 


Etiketlər:  Arsenalın Bakıda çoxlu azarkeşinin olduğunu bilirəm Emeri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ