Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Federal Penitensiar Xidmətinin sabiq rəhbəri məhkəmədə özünü öldürdü

Rusiya Federal Penitensiar Xidmətinin sabiq rəhbəri məhkəmədə özünü öldürdü

Tarix: 12 Fevral 2020 18:06

Moskvanın Çertanovski Rayon Məhkəməsində Rusiya Federal Penitensiar Xidmətin sabiq rəhbəri Viktor Sviridov iclas zalında intihar edib. O, silahla özünə atəş açıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, V.Sviridova məhkəmədə qəsbetmə iddiası ilə hökm oxunacaqdı.

O, Federal Penitensiar Xidmətin sabiq rəis müavini Aleksandr Sapojnikovdan 10 milyon rubl pul tələb etməkdə ittiham olunurdu. Hakim Natalya Şabaşevanın müttəhimin məhkəmə zalında həbs olunması barədə qərarını elan etməsindən sonra V.Sviridov intihar edib.

V.Sviridov hadisə yerinə təcili tibbi yardım maşını gələnə qədər ölüb. 


Etiketlər:  Rusiya Federal Penitensiar Xidmətinin sabiq rəhbəri məhkəmədə özünü öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ