Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çox axmaq işlər gördüm'' - italiyalı futbolçu

''Çox axmaq işlər gördüm'' -  italiyalı futbolçu

Tarix: 13 Fevral 2020 08:44

İtaliya yığmasının sabiq futbolçusu Klaudio Markizio karyerası ərzində etdiyi səhvlərdən danışıb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, keçmiş yarımmüdafiəçi gənclik illərində intizamsız oyunçu olduğunu etiraf edib.

O, hətta intizamsızlıqlarından birini də açıqlayıb: "Cavan olduğum vaxt necə davranacağımı bilmirdim. Çox axmaq işlər gördüm. 18-19 yaşımda Fabio Kapelonun rəhbərlik etdiyi "Yuventus"un əsas komandasına cəlb olundum. Fırtınalı bir gecədən sonra bazanın yaxınlığında avtomobildə yatmaq qərarına gəldim. Səhər Alessandro Del Pyeronun avtomobilinin siqnalına oyandım. O, maşında yatdığımı bilmədi, hətta vaxtından tez gəldiyim üçün məni təriflədi".

Qeyd edək ki, 2005-2018-ci illərdə "Yuventus"un şərəfini qoruyan Klaudio Markizio qısa müddət "Empoli" (2007-08) və "Zenit"də (2018-19) çıxış edib.


Etiketlər:  Çox axmaq işlər gördüm italiyalı futbolçu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ