Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən kiçik kamerafonu təqdim edildi

Dünyanın ən kiçik kamerafonu təqdim edildi

Tarix: 13 Fevral 2020 22:56

"Zanco" şirkəti ən kiçik telefonunu təqdim etdi.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, "Zanco", "Tiny T1" telefonunun təkmilləşdirilən versiyasını təqdim edib.

Məlumata əsasən, yeni "Tiny T2" telefonunun ölçüsü 6,1×3×1,65 santimetr, çəkisi isə cəmi 31 qramdır. "Tiny T2" keçmiş versiyasından fərqli olaraq rəngli ekran, 0.3 meqapiksellik kamera, radio və MP3/MP4 pleyerə sahibdir. Telefonun maraqlı xüsusiyyəti oyunlarla təchiz olunmasıdır, qacetdə quraşdırılan oyunlardan biri əfsanəvi "Doodle Jump"dır.

Bununla yanaşı, telefonun enerjı saxlaması da həvəskarları yaxşı mənada təəcübləndirə bilər - bu qacet enerjı yığmadan 7 günə qədər işləyə bilir.

Qeyd edək ki, "Tiny T2" telefonu aprel ayında ictimaiyyətə təqdim olunacaq. Bu qaceti 59 ABŞ dollarına əldə etmək mümkün olacaq.


Etiketlər:  Dünyanın kiçik kamerafonu təqdim edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ