Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bavariya”da Noyer şoku

“Bavariya”da Noyer şoku

Tarix: 14 Fevral 2020 20:16

"Bavariya" ciddi itki ilə üzləşib.

Milli.Az Sport24.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisinin əsas qapıçısı Manuel Noyer xəstəlikdən əziyyət çəkir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 33 yaşlı qolkiper Bundesliqanın 22-ci turu çərçivəsində qarşılaşacaqları "Köln"lə oyunu buraxa bilər. "Bavariya"nın kapitanı olan futbolçu xəstəlik səbəbindən son məşqlərdə də iştirak edə bilmir.

"Köln" - "Bavariya" matçı fevralın 16-da keçiriləcək.

Milli.Az


Etiketlər:  Bavariyada Noyer şoku


RƏYLƏR