Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

11 yaşlı Ləman Seyidova Cenevrə konservatoriyasının tələbəsi oldu

11 yaşlı Ləman Seyidova Cenevrə konservatoriyasının tələbəsi oldu

Tarix: 14 Fevral 2020 21:03

Gənc və istedadlı uşaqların dəstəklənməsi, onların inkişafına şəraitin yaradılması istiqamətində durmadan fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi musiqi və incəsənət məktəblərində, həmçinin tabeliyində olan digər mədəniyyət müəssisələrində onları daim diqqət mərkəzində saxlayır, yerli və beynəlxalq müsabiqələrdə özlərini sınamaqla, şəxsiyyət kimi formalaşmasına şərait yaradır.

Baş idarənin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Ləman Seyidova da belə istedadlardandır. Əməkdar müəllim Kamilla Əmirovanı tələbəsi Ləmanın cəmi 11 yaşı olsa da, o, artıq yerli və beynəlxalq müsabiqələrdə qazandığı uğurlar nəticəsində ustad fortepiano ifaçılarının diqqət mərkəzindədir. 2018 və 2019-cu illərdə İtaliya və Rusiyada beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olan professor Sergey Milşteyn gənc pianoçumuzun fortepiano hazırlığını, səs üzərində işini, çıxışını və musiqiyə qəlbən bağlılığını yüksək qiymətləndirərək 11 yaşlı gənc pianoçunu Cenevrə Konservatoriyasında (İsveçrə) təhsil almağa dəvət edib.

Hazırda Cenevrə Konservatoriyasında təhsilini davam etdirən 11 yaşlı Ləman 2016-cı ildə Türkiyədə "Mozart Academy" Pianoçuların II Beynəlxalq müsabiqəsində (III yer), 2017-ci ilin mart ayında Almaniyanın Köln şəhərində keçirilən "ClaviCologne" Beynəlxalq müsabiqəsində (II yer), Avstriyanın Vyana şəhərində "Edelweiss" Pianoçuların II Beynəlxalq müsabiqəsində (Qran-Pri),  2018-ci ildə "Piano Talents" (İtalya, Milan) və "Premio Citta Di Padova" (Padova, İtaliya) Beynəlxalq müsabiqələrində (I yer), İqumnov adına Gənc Pianoçuların XI (Lipetsk, Rusiya) və Sezar Frank adına Beynəlxalq müsabiqələrində (Belçika) (II yer), 10-15 yanvar 2020-ci il tarixlərində Milanda (İtalya) baş tutan Gənc Pianoçuların Bethoven müsabiqəsində dörd mərhələni uğurla keçərək diplom və pul mükafatına layiq görülüb.

2018-ci ilin aprel ayında Ləman Seyidova musiqi məktəbində solo konserti ilə çıxış edib. Dünya miqyasında tanınmış pianoçuların keçirdiyi ustad dərslərində iştirak edərək yüksək ballar toplayıb.

Gənc istedad Ləman Seyidovaya Cenevrə Konservatoriyasında təhsilində uğurlar arzulayırıq.

Milli.Az


Etiketlər:  11 yaşlı Ləman Seyidova Cenevrə konservatoriyasının tələbəsi oldu


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ