Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Talıb Talehin toyunu gözləyənlərə PİS XƏBƏR - Bu vaxta kimi gizlədib - FOTO

Talıb Talehin toyunu gözləyənlərə PİS XƏBƏR - Bu vaxta kimi gizlədib - FOTO

Tarix: 15 Fevral 2020 09:30

Talıb Tale nişanını qaytarıb.

Milli.Az xəbər verir ki, bunun üstü "5/5"də aparıcı Zaur Kamalın müğənniyə ünvanladığı "Yalandır, doğrudur? Nİşanı qaytarmısan?" sualından sonra açılıb.

Talıb aparıcının sözlərini təsdiqləyib:

"Bəli, qaytarmışam. Artıq xeyli müddətdir, bu vaxta kimi gizlətməyimin səbəbi də çalışırdım ki, söz-söhbətə səbəb olmasın. Sadəcə olaraq xarakterimiz tutmadı. Haradasa il yarımdan çox nişanlı qaldıq. 2019-un payızından nişanı qaytarmışam".

Ailə qurmaq üçün qız axtarışında olduğunu bildirən müğənni gənclərə tövsiyə də verib:

"Belə şeylərlə qarşılaşmamaq üçün, çalışın tez ailə qurun".

Xatırladaq ki, 39 yaşlı sənətçi 2018-ci ilin mayında öz qohumu ilə nişanlanmışdı.

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Talıb Talehin toyunu gözləyənlərə PİS XƏBƏR Bu vaxta kimi gizlədib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ