Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar fotosessiyaya çəkildi – PSJ rəhbərliyini qəzəbləndirdi

Neymar fotosessiyaya çəkildi – PSJ rəhbərliyini qəzəbləndirdi

Tarix: 15 Fevral 2020 10:34

Braziliyalı Neymar PSJ rəhbərliyinin qəzəbinə səbəb olan addım atıb.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna onun Almaniyanın Düsseldorf şəhərinə gedərək brend geyim şirkətlərindən birinin reklam fotosessiyasına çəkilməsi səbəb olub.

28 yaşlı hücumçu hazırda zədəlidir. Klub rəhbərliyi ümid edirdi ki, Neymar zədəsini tez sağaltmaq üçün ciddi səy göstərəcək. Fevralın 18-də komandanın Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund “Borussiya”sına qarşı oyunu var. Amma braziliyalının həmin matça kimi heyətə dönəcəyi ehtimalı azdır. PSJ rəhbərliyi Neymarın gücünü futboldankənar məsələlərə sərf etməsindən narazıdır.

Buna baxmayaraq, klubun futbolçuya cəza verməyəcəyi bildirilir.

 


Etiketlər:  Neymar fotosessiyaya çəkildi rəhbərliyini qəzəbləndirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ