Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Teymur Rəcəbovun rəqibi məlum oldu

Teymur Rəcəbovun rəqibi məlum oldu

Tarix: 15 Fevral 2020 11:10

Dünya şahmat tacı uğrunda çempion Maqnus Karlsen ilə qarşılaşacaq idmançının müəyyənləşdirilməsi üçün keçiriləcək iddiaçılar turnirinin püşkü atılıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Moskvada keçirilən püşkün nəticələrinə əsasən, turnirin birinci turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibi Fabiano Karuana (ABŞ) olacaq.

İddiaçılar turniri martın 15-dən aprelin 5-dək Yekaterinburq şəhərində keçiriləcək. T.Rəcəbov FİDE-nin son reytinqində 10-cu (2765), F.Karuana (2842) isə 2-ci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Teymur Rəcəbovun rəqibi məlum oldu


RƏYLƏR