Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

D vitamini çatışmazlığının riskləri - Hansı dərmanları içmək ziyandır?

D vitamini çatışmazlığının riskləri - Hansı dərmanları içmək ziyandır?

Tarix: 15 Fevral 2020 20:03

Sağlam bir immunitet sistemi üçün bədənimizə kifayət qədər D vitamini olan qida qəbul etməliyik . Lakin D vitaminini bədənimizə balanslı bir şəkildə qəbul etməyimizi unutmamalıyıq. Əgər çox miqdarda qəbul etsək infarkt riski yaratmış olarıq. Bəs D vitamini olan qidalar hansılardır?

Bu vitamin hüceyrələrin inkişafında, sümüklərin inkişafında, kalsiumun udulmasında və iltihab xəstəliyinə qarşı mübarizədə mühüm rol oynayır. O çox qidada tapılmır. D vitamin əskikliyi immun sistemini zəiflədir,saçları uzanmağa qoymur,əzələlər və sümüklərdə zəiflik, xərçəngin yaranması kimi ciddi problemlərə yol açır. Ən faydalı D vitamini günəşdən alınandır. Bu sümüklər üçün xeyirlidir.

Qeyd etmək lazımdır ki, D vitamininin qida yolu ilə sadəcə 20%-i qarşılanır. Qalanı isə günəş şüalarından alınmalıdır.

Sonxeber.net medicina.az-a istinadən tərkibində D vitamini olan qidaları təqdim edir.

-Balıq. Onların əti yağlıdır və D ilə zəngindir. Xüsusilə ton, solmon balıqları daha faydalıdır.

-Süd və süd məhsulları. Kalsium mənbəyi olan bu məhsullar, həm də D vitamini ilə zəngindir.11 qram südün tərkibində günlük D vitamininin 20%-i qarşılanır.

-Kartof. 100 qram kartofda günlük D vitamininin 1%-i qarşılanır.

-Göbələk. Sədacə düymə göbələyində D vitamini var. 100 qram bişmiş göbələk isə 7% vitamini qarşılayır.

D vitamin çatışmazlığındab kimlər risk altındadır?

-Çox günəşə çıxmayan süd əmizdirən analar

-Yaşlı şəxslər

-Tünd rəngli dəriyə sahib şəxslər

QEYD

Qəbul etdiyiniz bəzi dərmanlar da D vitamininin orqanizmə sovrulmasına mane olur. Bunlara arıqlamaq üçün olan dərmanlar,xolestrol dərmanları və s.


Etiketlər:  vitamini çatışmazlığının riskləri Hansı dərmanları içmək ziyandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ