Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 22:18
Boyun artması ilə əlaqədar olan hər şey fərdi göstəricidir.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislər orta hesabla bir insanın boyunun artmasının 25-27 yaşa qədər davam etdiyini açıqlayıblar. Boy artımı ilə bağlı pik nöqtə isə 14-16 yaşda qeydə alınır. Böyümənin hər şeydən əvvəl irsi amildən asılı olduğu bildirilir. Əlavə olaraq bu, rejim, pəhriz, psixoemosional vəziyyət və hormonal fondan təsirlənir. Boy hormonunun 80 faiz gecə saatlarında ifraz olunduğu sübut olunub. Buna görə də kifayət qədər yuxu yatmayan uşaqlar həmyaşıdlarına nisbətən daha kiçikboylu ola bilər. Böyun artmsına, onurğanı uzatmağa xidmət edən gündəlik məşqlərlə, tamtərkibli qida və bir sıra bioloji aktiv qida ələvələri ilə təsir etmək olar.