Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərbəst güləşçilərimizdən 1 gümüş, 2 bürünc medal

Sərbəst güləşçilərimizdən 1 gümüş, 2 bürünc medal

Tarix: 16 Fevral 2020 00:30

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir. 

Qol.az xəbər verir ki, ötən gün sərbəst güləşçilərimizdən Əli Rəhimzadə bürünc medal üçün Macarıstanın güclü güləşçisi İsmayıl Musukayevlə mübarizə aparıb. Gərgin keçən qarşılaşmada əzmkarlıq göstərən həmyerlimiz son saniyələrdə aldığı xalla Avropa çempionatının bürünc medalını qazanıb.
 
Ağahüseyn Mustafayev finalda Polşanı təmsil edən dağıstanlı Maqomedmurad Hacıyevə uduzaraq ikinci dəfə Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.
 
Cəbrayıl Həsənov üçüncü yer uğrunda türk güləşçi Batuhan Demircin sınağa çəkib və minimalhesablı qələbəylə 8-ci dəfə qitə birinciliyində fəxri kürsüyə qalxıb.
 
 
65 kq

Bürünc medal görüşü: Əli Rəhimzadə - İsmayıl Musukayev (Macarıstan) *2:2
 
70 kq

FİNAL: Ağahüseyn Mustafayev - Maqomedmurad Hacıyev (Polşa) 0:2
 
79 kq

Bürünc medal görüşü: Cəbayıl Həsənov - Batuhan Demircin (Türkiyə) 5:4
 
 


Etiketlər:  Sərbəst güləşçilərimizdən gümüş bürünc medal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ