Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 04:30
Tokio marafonunun təşkilatçıları koronavirus təhlükəsinə görə Çin idmançılarından könüllü olaraq bu yarışda iştirakdan imtina etməyi xahiş ediblər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, martın 1-də keçiriləcək bu böyük idman tədbirində 38 min idmançının iştirakı gözlənilir. Onların sırasında 1800 çinli atletin olduğu bildirilir.
Ötən həftə Tokio Marafonu Fondu elan edib ki, Çindən olan idmançıların ödədiyi iştirak haqqı qaytarılmayacaq, lakin əvəzində onlara gələn il bu tədbirə ödənişsiz qatılmaq imkanı yaradılacaq.
Eyni zamanda, Fond çinli idmançılara müraciət edərək, onlardan bu il bu tədbirə qatılmamağı xahiş edib.