Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 10:26
Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu "Survivor" yarışı dünən TV8 ekranlarında yenidən start götürüb.
Sonxeber.net xəbər verir ki, hər kəsin böyük maraqla gözlədiyi yarışda ilk dəfə Azərbaycan iştirakçısı da çıxış edir. Kikboks üzrə dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) Türkiyənin dünyaca məşhur yarışında "Ünlülər" ("Məşhurlar") komandasında yer alıb.
Amma dünya çempionunun çıxışı gözlənilən kimi uğurlu başlamayıb. Pərviz ilk güc oyununda "Könüllülər"in ən iddalı iştirakçısı Yasin Obuzla "kəllə-kəlləyə" gəlib. Digər iştirakçılar tərəfləri sakitləşdirə biliblər.
Dominikanda keçirilən yarışın ilk toxunulmazlıq oyununda Pərviz Abdullayev çıxdığı hər iki oyunda məğlubiyyətlə üzləşib.
Uğursuz startdan sonra məşhur idmançının sonrakı performansı komanda yoldaşlarının onu adada görmək istəyib, istməyəcəklərinə aydınlıq gətirəcək.
Bu da ilk yarış günündən bəzi kadrlar:
Məhəmməd Vaqif