Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PAŞA Bank “European Banking Awards” çərçivəsində 3 mükafat ilə tətlif edilib

PAŞA Bank “European Banking Awards” çərçivəsində 3 mükafat ilə tətlif edilib

Tarix: 22 May 2019 13:57

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank “European Banking Awards” çərçivəsində bir neçə beynəlxalq mükafata layiq görülüb.

Trend-in məlumatına görə, laureatların müəyyən edilməsi mərhələsində "Azərbaycanın Ən yaxşı bankı" və "Azərbaycanın Ən yaxşı investisiya bankı" mükafatları PAŞA Banka təqdim olunub.

Bundan başqa, PAŞA Bank Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin MDB ölkələri arasında ən yaxşı Korporativ Sosial Məsuliyyət proqramını həyata keçirən aparıcı maliyyə institutu adına da layiq görülüb.

“European Banking Awards” çərçivəsində təqdim edilən mükafatlar daim yeni texnologiyaları tətbiq edən, öz biznesi və sektorunda davamlı inkişaf göstərən banklara verilir. 2018-ci ilin nəticələrinə görə dünyanın aparıcı maliyyə institutları, o cümlədən Societe Generale, Barclays, Raiffeisen Bank və s. bankları da müxtəlif nominasiyalarda mükafatlandırılıb.

Qeyd edək ki, mükafatın təsisçisi “EMEA Finance” nüfuzlu beynəlxalq maliyyə jurnalıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  PAŞA Bank European Banking Awards çərçivəsində mükafat ilə tətlif edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ