Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təkərsiz və pedalsız özü idarəolunan avtomobillər istifadəyə verilib

Təkərsiz və pedalsız özü idarəolunan avtomobillər istifadəyə verilib

Tarix: 18 Fevral 2020 08:56

Malların ünvana çatdırılmasına nəzarət edən "Nuro" şirkəti yük daşınması üçün nəzərdə tutulan "R2" avtomobilini istehsal edib. Sürücüsüz avtomobilin sükan çarxı, pedalları və yan güzgüləri yoxdur. Avtomobilin yan tərəfindəki böyük bölmələr bəzi qida məhsullarını ünvana çatdırmaq üçün nəzərdə tutulub.

"R2" yavaş hərəkət edən vasitə kimi təsnif edilir, buna görə də onun avtomobillər ilə eyni təhlükəsizlik tələblərinə cavab verməsi vacib deyil.  "R2 aşağı sürətlə işləyən avtomobil olduğu üçün idarənin ənənəvi olaraq tələb etdiyi bəzi funksiyaları, məsələn, güzgülər və ön şüşələrin olmasına ehtiyac duymur", - deyə nəqliyyat naziri Eleyn Çao qeyd edib.

İlk vaxtlarda bir neçə yüz "R2" istehsalını planlaşdıran şirkətin iki il ərzində 5000-ə qədər avtonom "R2" avtomobilini işə sala biləcəyi güman edilir. "Nuro" Federal Nəqliyyat Nazirliyinin nəqliyyat vasitələrinin təhlükəsizliyi standartlarından azad edilən ilk şirkətdir.

CNN telekanalının verdiyi məlumata görə, şirkət vaxtaşırı "R2" əməliyyatı və bununla bağlı yaranan hər hansı uğursuzluq barədə federal hökumətə ümumi məlumat verməlidir. Mütəxəssislər "Nuro"nun yaxın zamanlarda "R3" avtobilini istehsal edəcəyini qeyd edirlər.


Etiketlər:  Təkərsiz pedalsız özü idarəolunan avtomobillər istifadəyə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ