Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 11:36
Xalq artisti Valeh Kərimov "Şou ATV" verilişinə telefonla zəng edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "Moşu Göyəzənli" obrazı ilə tanınan aktyor efirlərdən küsdüyünü söyləyib. O, aparıcı Nanə Ağamalıyevanın proqrama dəvətindən də imtina edib:
"İnanmıram ki, efirlərlə mənim münasibətim düzələr. Mənə gözəl obraz verilsə, elə oynayaram, canını da alaram. Bu boşluğu efirdə qonaq olub, söhbət etməklə doldurmaq çətindir".
Qeyd edək ki, aktyor bir müddət əvvəl heç bir filmə dəvət almadığını, teatrda çalışmadığını söyləyib.