Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 13:24
2020-ci ilin yanvar ayında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 10,1 milyon manatlıq məhsul istehsal olunub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə artıb.
Ay ərzində əvvəlki ilin yanvar ayı ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,2 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqilləri isə 2,0 dəfə artıb.