Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2019 15:32
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Yuventus"un sükanı arxasına keçə bilər.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəsis Turin klubunun idman direktoru Fabio Paratiçi ilə görüşüb. Tərəflərin artıq razılığa gəldiyi bildirilir. Anlaşmaya görə, Qvardiolanın "qoca sinyora" ilə 4 illik müqavilə bağlayacağı iddia olunur.
İspaniyanın "AS" nəşri isə Qvardiola ilə "Yuventus"un hədəflərinin üst-üstə düşdüyünü və əməkdaşlığın mümkün olduğunu yazıb.
Qeyd edək ki, Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"ni çalışdırır.