Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş prokuror yeni idarə rəisi təyin etdi

Baş prokuror yeni idarə rəisi təyin etdi

Tarix: 18 Fevral 2020 16:38

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəyə yeni rəis təyin edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Baş prokuror Zakir Qaralovun əmri ilə baş ədliyyə müşaviri Orxan İsayev Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib.

Qeyd edək ki, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində daha əvvəl III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov çalışıb. O, başqa işə keçirilməklə əlaqədar işdən çıxarılıb.


Etiketlər:  Baş prokuror yeni idarə rəisi təyin etdi


RƏYLƏR