Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 07:00
Qrenlandiya hökuməti əriyən buzlaqların suyunu kommersiya kompaniyalarına satmaq istəyir. Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "De Tagesspiegel" nəşrinə Qrenlandiyanın Energetika naziri Yess Svane deyib.
Onun sözlərinə görə, hazırda doqquz layihə var, hansılar ki, su ixracını hazırlayır və müvafiq lisenziyalar alıblar. Ümumilikdə Qrenlandiya 16 belə lisenziya verib.
Svane qeyd edib ki, planetdə içməli suyun çatışmazlığı artacaq, ona görə də hökumət buzlaq suyunu məhsula çevirmək istəyir. Bunun sayəsində Qrenlandiyanı bütün dünyada tanıyacaqlar. Nazir bildirib ki, əgər əriyən buzlaqların suyu ixrac olunmasa, o, yararsız hala gələcək.